Boru partlaması nəticəsində fəhlə ölüb

  • Space TV
  • 27 Avqust 2020 17:20

Avqustun 27-i saat 11 radələrində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin 6 saylı xüsusi təyinatlı yol idarəsi tərəfindən Bakı-Rostov avtomobil yolunun 60-cı kilometrliyində tikililərə betonvuran pompa ilə beton tökərkən borunun partlaması nəticəsində fəhlə işləyən 1967-ci il təvəllüdlü Sumqayıt şəhər sakini İlqar Bəylərov aldığı müxtəlif dərəcəli bədən xəsarətləri səbəbindən müalicə olunduğu xəstəxanada ölüb.

Bu barədə Spacetv.az-a Xızı Rayon Prokurorluğundan məlumat verilib.

Fakta görə Xızı Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma) maddəsi ilə cinayət işi başlanıb. 

Hadisə yeri prokuror-kriminalistin iştirakı ilə müayinə edilib, hadisənin şahidləri müəyyən edilərək dindirilib, o cümlədən digər təxirəsalınmaz tədbirlər həyata keçirilib. 

İş üzrə məhkəmə-tibb və məhkəmə-texniki təhlükəsizlik ekspertizaları təyin edilib. 

Hazırda iş üzrə zəruri istintaq tədbirləri həyata keçirilir.

Paylaş

 Xəbəriniz olsun