Boris Consondan Avro-2020 ilə bağlı təklif: “Bütün oyunları qəbul edə bilərik”

  • Space TV
  • 2 Mart 2021 14:13

Böyük Britaniyanın Baş naziri Boris Conson ölkəsinin futbol üzrə Avro-2020-nin bütün oyunlarını qəbul etməyə hazır olduğunu açıqlayıb.

Bu barədə “Sunday Times” məlumat yayıb.

“Əgər turnirin hansısa digər oyunlarının bizdə keçirilməsini istəsələr, biz buna hazırıq”, – deyə B.Conson bildirib.

Qeyd edək ki, Avro-2020 11 iyun-11 iyul tarixləri arasında keçiriləcək. Çempionatın oyunları Avropanın 12 şəhərində baş tutacaq.

Paylaş

 Xəbəriniz olsun