“Bomj”ları qətlə yetirən gənc saxlanıldı

  • Space TV
  • 16 Fevral 2021 10:25

ABŞ-ın Nyu-York şəhərinin hüquq-mühafizə orqanları metroda bir sıra insan qətllərində və sui-qəsdə şübhəli bilinən şəxsi saxlayıb.

Spacetv.az xəbər verir ki, bu barədə “New York Times” nəşri xəbər verib.

Qeyd olunur ki, Nyu-York metrosunda iki gün ardıcıl olaraq qətl hadisəsi törədilib.

İnsidentlər nəticəsində iki nəfər bıçaqlanaraq qətlə yetirilib, daha iki nəfər yaralanıb.

Saxlanılan şəxs 21 yaşlı Riqoberto Lopes adlı gəncdir. Məlum olub ki, o, metroda olan evsiz insanlara heç bir səbəb olmadan hücum edib. R.Lopes qurbanlarının hamısını yuxuda olarkən bıçaqlayıb.

Paylaş

 Xəbəriniz olsun