Boliviyada koronavirusa görə milli fəlakət rejimi elan edildi

  • Space TV
  • 28 İyul 2020 11:01

Boliviyanın müvəqqəti hökuməti pandemiyanın nəticələrinə qarşı mübarizə aparmağa görə kredit almaq üçün ölkədə milli fəlakət rejimi elan edib.

Müvafiq sərəncam Boliviya hökumətinin rəsmi qəzetinin saytında dərc olunub.

“Boliviya çoxmillətli dövlətinin bütün ərazisində koronavirusun mənfi nəticələrinin səbəb olduğu təcili iqtisadi problemləri həll etmək üçün milli fəlakət rejimi elan edilir”, – deyə sənəddə qeyd olunur.

Həmçinin, bildirilir ki, ölkənin İqtisadiyyat Nazirliyi pandemiyanın nəticələrinə qarşı yönəlmiş tədbirləri həyata keçirmək üçün Boliviya Mərkəzi Bankına dövlət xəzinəsinin xeyrinə kredit almaq üçün müraciət edəcək. Kreditin məbləği göstərilmir.

Boliviyada bu günə qədər 71 mindən çox insan koronavirusa yoluxub.

Paylaş

 Xəbəriniz olsun