Bölgələrdə yaşayan təsərüfatçılar evdə qalmaqla bərabər əkin, yığım, dərmanlama işini də həyata keçirlər.

  • SpaceTV
  • 13 Aprel 2020 16:00

Yevlax rayonunda da sahələrdə mövsümə uyğun işlər aparılır. Görüntülər ötən əsrin 90-cı illərində məşhur pambıqçı Şamama Əliyevanın yaratdığı fermer təsərrüfatında lentə alınıb. Yevlax sakini 3 ay öncə 81 yaşında vəfat etsə də onun qurub yaratdığı təsərrüfatda işlər davam etdirilir. Məşhur pambıqçının oğlu Raquf Əliyev deyir ki, bu il 5 hektar sahədə çiyid səpini aparılacaq. Məhsuladarlığı isə ötən ildən daha yüksək gözləyir.

Şamama Əliyevanın şan-şöhrəti dillər əzbəri olub. Onun zəhmətkeşliyi hər zaman diqqət çəkib. Ulu öndər Heydər Əliyev Yevlax rayonuna səfərləri zamanı məşhur pambıqçını ziyarət edib onun problemləri ilə maraqlanıb. Şamama Əliyevanın övladları uluöndərin anaları ilə görüşünü, ona göstərilən qayğını bu gündə xatirələrində saxlayırlar.

Qeyd edək ki, mərhum Şamama Əliyevanın qurub yaratdığı təsərrüfatda övladları pambıq əkini ilə yanaşı, heyvandarlıqlada məşğul olurlar. Orada həm iribuynuzlu, həmdə xırdabuynuzlu heyvanlar bəslənir.

Emin Babayev  SPACE TV

Paylaş

 Xəbəriniz olsun