“Boksçu”nun premyerası oldu- FOTO

  • SpaceTV
  • 10 Sentyabr 2019 12:17

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində “Boksçu” tamaşasının premyerası olub.

Space TV məlumat verir ki, tamaşa Əməkdar artist Nofəl Vəliyevin quruluşunda yapon müəllif Kobo Abenin “Zamanın uçurumu” pyesi əsasında hazırlanıb. Tamaşanın döyüş səhnələrinin quruluşu Ceyhun Dadaşova aiddir.

“Zamanın uçurumu” həyatını rinqə həsr edən boksçudan bəhs edir. Ciddi dieta, yorucu məşqlər, ardıcıl döyüşlər. Yazıçının digər əsərləri kimi, burjua cəmiyyəti ilə qarşıdurmada olan insanlara həsr olunan bu pyesdə də yalnızlıq, pislik, xaos və insanın alçaldılması təsvir olunur. Kobo Abe əsərdə “əgər insanlar özlərinə qalib gələ bilərsə, şəri məğlub edə bilər” ideyasını nümayiş etdirib. Tamaşa sentyabrın 13-də İstanbul Maltəpə Bələdiyyəsinin keçirdiyi Beynəlxalq Teatr Festivalında nümayiş etdiriləcək.

Paylaş

 Xəbəriniz olsun