Boksçu rinqdə aldığı zərbədən öldü

  • SpaceTV
  • 17 Oktyabr 2019 11:54

ABŞ boksçusu Patrik Dey nokautdan sonra komaya düşərək ölüb.

SPACE TV  xəbər verir ki, 27 yaşlı idmançını Çikaqo şəhərində USBA versiyası üzrə döyüşün 10-cu raundunda həmyerlisi Çarlz Konvey dərin nokauta göndərib. Deyi rinqdən huşsuz vəziyyətdə xərəklə çıxarıblar.

Xəstəxanaya yerləşdirildikdən sonra o, beynindən təcili əməliyyat olunub. Həkimlərin səylərinə baxmayaraq, Deyin həyatını xilas etmək mümkün olmayıb.

Paylaş

 Xəbəriniz olsun