“Boeing” 737 MAX təyyarələrinin istehsalının dayandırılacağını açıqladı

  • Space TV
  • 17 Dekabr 2019 11:07

“Boeing” şirkəti 737 MAX təyyarələrinin istehsalını dayandırmağa qərar verib.

Gazeta.ru xəbər verir ki, bununla bağlı müvafiq bəyanat şirkətin rəsmi saytında yerləşdirilib.

Məlumata görə, şirkət yanvardan etibarən bu model təyyarələrin buraxılışını dayandırır.

Şirkət təyyarələrin istehsalının nə vaxt bərpa ediləcəyini açıqlamayıb.

Paylaş

 Xəbəriniz olsun