BNA – Xüsusi rejimdə çalışır

  • SpaceTV
  • 12 Avqust 2019 12:36

Space.TV, Qurban bayramı günlərində şəhər yollarında nəqliyyat vasitələrinin, o cümlədən müntəzəm marşrut xətti üzrə avtobusların normal fəaliyyətini tənzimləmək məqsədi ilə Bakı Nəqliyyat Agentliyi  xüsusi rejimdə fəaliyyət göstərir. 

Agentlikdən verilən məlumata görə, marşrut avtobuslarının daha çox keçdiyi dayanacaq məntəqələri, metro stansiyalarının ətrafı, şəhərin giriş-çıxış nöqtələrinə nəzarət gücləndirilib. Görülən tədbirlər sayəsində əvvəllər xaotik vəziyyətin müşahidə olunduğu metronun “Gənclik”, “20 Yanvar” stansiyalarının ətrafındakı, “Şamaxinka” adlanan ərazidə və Lökbatan dairəsi yaxınlığındakı avtobus dayanacaq məntəqələri taksi minik avtomobillərindən təmizlənib.

Nəticədə qeyd edilən ərazilərdən keçən müntəzəm marşrut avtobuslarının intervalındakı gecikmələr əhəmiyyətli dərəcədə azalıb, sərnişinlərin avtobuslardan rahat və təhlükəsiz istifadəsi təmin edilib.

Paylaş

 Xəbəriniz olsun