BNA xəbərdarlıq edir

  • SpaceTV
  • 21 Sentyabr 2019 15:58

“Sürücü və sərnişinlərə ehtiyatlı olmaları tövsiyə edilib “

Bakı Nəqliyyat Agentliyi bu gün müşahidə olunan küləkli hava şəraiti ilə əlaqədar bütün hərəkət iştirakçılarına xəbərdarlıq edib.

Bu barədə “Space”-ə BNA-nin mətbuat xidmətindən bildirilib.

“Bu cür hava şəraitinin davam etdiyini nəzərə alaraq sərnişinlərdən dayanacaq pavilyonlarında avtobus gözləyərkən diqqətli olmalarını xahiş edirik. Həmçinin, Nəqliyyat Mübadilə Mərkəzlərinin ərazisində yolun hərəkət hissələrinə çıxmamağı, yalnız müəyyən edilmiş dayanacaq məntəqələrində avtobuslara minib düşməyi, yolun qarşı tərəfinə keçərkən müəyyən olunan piyada keçidlərindən istifadə etmələrini tövsiyə edirik. Sürücülərə isə hərəkətdə olarkən yollarda müəyyən edilən sürət həddinə və yol nişanlarının tələblərinə riayət etsinlər”, – məlumatda qeyd edilib.

Paylaş

 Xəbəriniz olsun