BNA dezinfeksiya işlərinə başladı

  • Space TV
  • 1 Fevral 2020 12:54

Bakı Nəqliyyat Agentliyi (BNA) kəskin respirator infeksion xəstəliklərin yayılmasına qarşı qabaqlayıcı tədbirlərə başlayıb.

Agentlikdən SPACE TV-ə verilən məlumata görə, tədbirlər çərçivəsində “Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzində növbəti dəfə dezinfeksiya işləri görülüb.

Perronlar, gözləmə zalları və park ərazisi xüsusi dərman məhlullarından istifadə olunmaqla dezinfeksiya edilib.

Sərnişinlərin narahatlığına səbəb olmamaq üçün işlər gecə saatlarında aparılıb.

Paylaş

 Xəbəriniz olsun