BMT Təhlükəsizlik Şurası Qarabağla bağlı razılaşmanı müzakirə etdi

  • Space TV
  • 12 Noyabr 2020 09:53

BMT Təhlükəsizlik Şurasının iclasında Rusiya təşkilatın üzvlərini Azərbaycan və Ermənistan arasında Dağlıq Qarabağda hərbi əməliyyatların dayandırılması razılaşması ilə bağlı məlumatlandırıb. 

Spacetv.az xəbər verir ki, bununla bağlı TASS təşkilatdakı mənbəyə istinadən məlumat yayıb. 

Bildirilib ki, iclas qapalı keçirilib. 

Qeyd edək ki, noyabrın 10-da Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya dövlət başçısı Vladimir Putin və Ermənistan baş naziri Nikol Paşinyan Dağlıq Qarabağda hərbi əməliyyatların dayandırılması ilə bağlı birgə bəyanatı imzalayıblar.

Paylaş

 Xəbəriniz olsun