BMT Qarabağda minaların təmizlənməsi üzrə missiya yerləşdirmək üçün çalışır

  • Space TV
  • 24 Noyabr 2020 10:04

BMT-nin Mina Aksiyası Xidməti (UNMAS) digər bölmələrlə birlikdə Dağlıq Qarabağda təcili yerləşdirmə üzərində işləyir.

Spacetv.az xəbər verir ki, “RİA Novosti”nin məlumatına görə, bu barədə BMT-nin Sülhməramlı Əməliyyatlar Departamentinin nümayəndəsi bildirib.

Tərəflərin ehtiyaclarının qiymətləndirilməsi üzrə missiyanın dekabrın əvvəlindən fəaliyyətə başlaması gözlənilir.

“BMT-nin Mina Aksiyası Xidməti (UNMAS) digər BMT qurumları və ərazidəki qrupla koordinasiyalı şəkildə tərəflərin tələb etdiyi BMT yardımı kontekstində təcili yerləşdirmə üzərində işləyir”, – deyə qurumun nümayəndəsi bildirib.

Paylaş

 Xəbəriniz olsun