BMT-nin nümayəndəsi cinsi təcavüzdə ittiham edilir

  • Space TV
  • 29 Yanvar 2021 15:32

Birləşmiş Millətlər Təşkilatının (BMT) rəqəmsal əməkdaşlıq məsələləri üzrə elçisi Fabrisio Oçşild cinsi təcavüzdə və vəzifə səlahiyyətlərindən sui-istifadədə günahlandırılır.

“PassBlue” dərgisi xəbər verir ki, bu barədə BMT-nin Baş Katibi Antonio Quterreş məlumat verib.

Qeyd olunur ki,  BMT-nin 75 illiyi münasibəti ilə hazırlanan layihədə Fabrisio Oçşilddən onunla birlikdə çalışmış bir neçə qadın şikayət edib.

BMT-nin Baş Katibi daxili nəzarət xidmətinə F.Oçşildlə bağlı hərtərəfli istintaq aparmaq barədə göstəriş verib.

Paylaş

 Xəbəriniz olsun