BMT-dən təmas xəttindəki hərbi əməliyyatlarla bağlı – Bəyanat

  • Space TV
  • 29 Sentyabr 2020 16:11

BMT-nin İnsan Hüquqları üzrə ali komissarı Mişel Baçele Dağlıq Qarabağ münaqişəsi zonasındakı təmas xətti boyu hərbi əməliyyatların bərpasından narahatlığını bildirib və döyüşləri dərhal dayandırmağa çağırıb.

Spacetv.az xəbər verir ki, müvafiq bəyanat qurumun rəsmi internet səhifəsində yerləşdirilib.

“Mülki şəxslər arasında ölən və yaralıların olması, eləcə də vətəndaşların mülkiyyətinə və infrastruktura dəyən ziyan haqqında xəbərlərdən dərin narahatlıq hissi keçirirəm. Bütün tərəfləri beynəlxalq insan hüquqları və beynəlxalq humanitar qanunlarına hörmətlə yanaşmağa, xüsusilə də mülki əhali və döyüşlərdə iştirak etməyən insanların müdafiəsini təmin etməyə və vacib mülki infrastruktura zərərin qarşısını almağa çağırıram”,- deyə bəyanatda qeyd olunub.

Paylaş

 Xəbəriniz olsun