BMT-dən Qarabağla bağlı razılaşmaya münasibət

  • Space TV
  • 11 Noyabr 2020 10:07

BMT Moskva, İrəvan və Bakı arasındakı razılaşmanı alqışlayır və bəyanatın şərtlərinin həyata keçirilməsində tərəflərə kömək etmək üçün hər şeyi edəcəkdir.

Spacetv.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu sözləri BMT baş katibinin rəsmi nümayəndəsi Stefan Düjarrik deyib.

“Biz etdiklərinə görə Rusiya hakimiyyətinə çox minnətdarıq”, – deyə S.Düjarrik bildirib.

O, BMT Baş katibi Antonio Quterreşin əldə edilən razılaşma ilə əlaqədar olaraq “rahat nəfəs aldığını” qeyd edib.

“Rahatlıq hissimiz bunun mülki əhalinin əzablarına son qoyacağı ümidi ilə əlaqəlidir. Bu razılaşmanın əldə olunmasını alqışlayırıq. Bu müqavilələrin həyata keçirilməsində tərəflərə dəstək olmaq üçün əlimizdən gələni edəcəyik”, – deyə BMT Baş katibinin rəsmi nümayəndəsi bildirib.

Paylaş

 Xəbəriniz olsun