BMT-dən İrana çağırış

  • SpaceTV
  • 14 Yanvar 2020 10:47

BMT İranı Ukraynaya məxsus “Boeing” təyyarəsi ilə bağlı baş vermiş faciəni hərtərəfli araşdırmağa çağırıb.

SPACE TV xəbər verir ki, bu barədə BMT Baş Katibinin rəsmi nümayəndəsi Stefan Düjarrik brifinq zamanı bildirib.

“İran rəsmilərin bu faciəli hadisə zamanı baş verənlərin hərtərəfli və şəffaf araşdırılmasını təmin etməsi vacibdir. Təhqiqat Beynəlxalq Mülki Aviasiya haqqında Konvensiyanın 13 nömrəli Əlavəsinə uyğun olaraq, faciənin təsir etdiyi müvafiq dövlətlərin iştirakı ilə aparılmalıdır”, – Düjarrik belə deyib.

Paylaş

 Xəbəriniz olsun