BMT-dən həyəcan təbili: “Bu ölkə pandemiyanın qarşısını ala bilməyəcək”

  • SpaceTV
  • 31 Mart 2020 14:20

BMT Baş katibinin humanitar mәsәlәlәr üzrә kömәkçisi Mark Lovkok telekonfrans vasitəsilə BMT Təhlükəsizlik Şurasını Suriyadakı hadisələr barədə məlumatlandırıb.

Bu barədə “HaberGlobal” informasiya yayıb.

“Suriyada 10 yeni tip koronavirus xəstəsi var, onlardan ikisi ölüb. Bütün bunlar buz dağının görünən tərəfidir”, – Lovkok bildirib.

Pandemiya ilə mübarizə üçün xəstəxanaların yarısından çoxunun yararsız olduğu Suriyaya qarşı sanksiyaların ləğv edilməsi ilə bağlı çağırış edən Lovkok döyüşən bütün tərəfləri atəşkəsə səsləyib.

BMT Təhlükəsizlik Şurasına telekonfrans vasitəsilə məlumat verən digər rəsmi şəxs, BMT-nin Suriya üzrə xüsusi nümayəndəsi Geyr Pedersen də, öz növbəsində, atəşkəslə bağlı çağırış edib və səylərin koronavirusla mübarizəyə yönəldilməsinin vacibliyini vurğulayıb:

“Suriya COVID-19 pandemiyasının qarşısını ala bilməyəcək dərəcədə böyük risk altındadır”.

Paylaş

 Xəbəriniz olsun