BMT-dən dünya dövlətlərinə ÇAĞIRIŞ

  • Space TV
  • 28 İyul 2020 11:28

Havanın keyfiyyəti koronavirus infeksiyasından ölüm nisbətinə təsir göstərir.

Bu barədə Birləşmiş Millətlər Təşkilatının (BMT) hesabatında deyilir

“Hava çirklənməsi və istixana qazı tullantıları əhəmiyyətli dərəcədə azalıb. Mövcud göstəricilərə görə havanın keyfiyyətsiz olması COVID-19-dan ölüm nisbətinin daha yüksək olmasına təsir edir”.

Təşkilatdan bildirilib ki, ətraf mühitin qorunması üçün xüsusi tədbirlər görülmədən dünyada havanın təmizlənməsinin təsiri yalnız müvəqqəti bir nailiyyət olacaq.

BMT-nin Baş katibi Antonio Quterres ölkələri “inklüziv iqtisadi bərpa üçün yaşıl siyasətə riayət etməyə” çağırıb.

Paylaş

 Xəbəriniz olsun