BMT aclıqla mübarizəyə 100 milyon dollar ayırıb

  • Space TV
  • 18 Noyabr 2020 11:16

BMT baş katibinin humanitar məsələlər üzrə müavini Mark Loukok epidemiya, iqtisadi tənəzzül və iqlim dəyişikliyi səbəbindən aclıq riski yüksək olan ölkələrə 100 milyon dollar vəsait ayırmasını təsdiq edən sənədə imza atıb.

Spacetv.az xəbər verir ki, bu barədə BMT-nin rəsmi saytında məlumat verilir.

Qeyd olunur ki, ayrılan vəsaitdən 80 milyon dollar Əfqanıstan, Burkina-Faso, Konqo Demokratik Respublikası, Nigeriya, Cənubi Sudan və Yəmənə çatacaq.  

Efiopiyaya yardım üçün əlavə 20 milyon dollar da ayrıla bilər.

Paylaş

 Xəbəriniz olsun