Black friday endirimləri – VİDEO

  • Space TV
  • 30 Noyabr 2019 13:08

Bəs niyə görə məhz Qara Cümə? “Qara Cümə” termini ilk dəfə 1966-cı ildə Filadelfiyada ortaya çıxdı. Bu terminin yaranması ilə bağlı iki versiya var. Birinci versiyaya əsasən, Şükran gününün ertəsi, yollarda böyük tıxaclar yaranıb. Dükanlara axın zamanı əzilənlər olub. Bu səbəbdən bu gün Qara cümə adlandırılıb. İkinci versiya isə müahsibatlıqla əlaqəlidir. Bu gün mühasibat hesabatları təqdim edilib. Şirkətin ziyanı qırmızı, gəlirləri isə qara mürəkkəblə qeyd edilib. Endirimlər günündə gəlir çox olduğu üçün hesabatda qara rəng daha üstün olub.

Qərb ölkələrində Qara Cümə günü məşhur şirkətlər öz məhsullarını 80% ə qədər güzəştlə satırlar. Lakin biz ziyarət etdiyimiz ticarət mərkəzində bu qədər böyük endirim edən mağazalarla rastlaşmasaq da müəyyən qədər bu günün qeyd olunduğunun şahidi olduq.

Paytaxt sakinləri və qonaqlar bu endirimlərdən yararlandılar və bu addımı müsbət qarşıladıqlarını bildirdilər.

Paytaxtımızda olan turistlər də bu endirimlərdən yararlandılar.

Qeyd edək ki məhz Qara Cümə günüdünyanın ən böyük pərakəndə mağazalar şəbəkələri milyonlarla gəlir əldə edir.

Orxan Şükür SPACE TV

Paylaş

 Xəbəriniz olsun