Biznes forum keçirildi

  • SpaceTV
  • 13 Sentyabr 2019 13:51

Bu ilin yeddi ayında Azərbaycan və Rusiya arasında ticarət dövriyyəsi 23 faiz artıb. Rusiya Azərbaycan iqtisadiyyatına 4,7 milyard dollar investisiya yatırıb, Azərbaycan isə Rusiyaya 1,2 milyard dollar yatırıb. Bu gün iki ölkənin sahibkarları arasında keçirilən biznes forumda bu rəqəmlərin daha da artırılması imkanlarından bəhs edilib.

Bakıda Azərbaycan-Rusiya biznes-forumu keçirildi. Toplantı Rusiyanın Sverdlovsk vilayətinin qubernatoru Yevgeni Kuyvaşevın Azərbaycana rəsmi səfəri ilə əlaqədar həyata keçirildi. Tədbiri giriş sözü ilə açan İqtisadiyyat nazirinin müavini Rüfət Məmmədov bildirdi ki, belə biznes-forumlar iki ölkə arasında ticarət əlaqələrin inkişafına xidmət edir.  O, həmçinin qeyd etdi ki, Sverdlovsk vilayəti ilə Azərbaycan arasında bir sıra sənədlər imzalanıb. Həmin imzalanan sənədlər arasında təhsil sahəsində imzalanmış müqavilələr də mühüm əhəmiyyətə malikdir.

Nazir müavini vurğuladı ki, bu ilin yeddi ayında iki ölkə arasında ticarət dövriyyəsi 23 faiz artıb. Rusiya Azərbaycan iqtisadiyyatına 4,7 milyard dollar investisiya yatırıb, Azərbaycan isə Rusiyaya 1,2 milyard dollar yatırıb. Sverdlovsk vilayətinin Beynəlxalq münasibətlər və xarici iqtisadiyyat üzrə naziri Vasiliy Kozlov isə bildirdi ki, ötən il Sverdlovsk vilayəti ilə Azərbaycan arasında ticarət əlaqələri genişlənib. Onun sözlərinə görə, ticarət əlaqələrin daha da genişləndirilməsi üçün böyük potensial mövcuddur.  

Qeyd edək ki, biznes-forum çərçivəsində Yekaterinburq şəhərində Logistika mərkəzin yaradılması ilə bağlı Sverdlovsk vilayəti arasında anlaşma memorandumu imzalanacaq.

Cəfər Talıb, Samir Göylərli, Space.

Paylaş

 Xəbəriniz olsun