Bizi virusa yoluxduranlar – VİDEO

  • Space TV
  • 15 Avqust 2020 14:44

Artıq bir ilə yaxındır  ki, dünyanı cənginə alan koronavirus bəlasına ölkəmizdə 33 mindən  artıq vətəndaş yoluxub, bu virusdan  ölənlərin sayı isə bu günə kimi 500 nəfərə çatıb. Space TV-nin xəbərinə görə, virus  ölkəmizdə  ilk qeydə alındığı gündən dövlət tərəfindən bütün lazimi işlər  görülür, tibbi profilaktik tədbirlər həyata keçirilir. Ancaq  bəzi  vətəndaşlarımızın məsuliyyətsizliyi səbəbindən koronavirusa yoluxanların sayı hələ də yüzlərlədir.

Karantin qaydalarına riayət olunsun deyə ölkədə bütün istiqamətlərdə maarifləndirici tədbirlər həyata keçirilir və bu gün də keçirilməkdədir. Ancaq hətta dəfələrlə cərimələnən insanlar bu qaydaları pozanlar arasında üstünlük təşkil edirlər

Uzun müddətdir ki, tibbi maskaların virusla mübarizədə həyatımızın ayrılmaz bir hissəsinə çevrildiyi zamanda biri ürəyinin sıxıldığını, bir başqası isə bu xəstəliyin “olmadığını” əsas gətirərək artıq  maskanın lazımsız bir əşya  olduğunu deyir.

Operativ Qərargahın tapşırıqlarına uyğun olaraq uzun müddətdir ki, həm sürücülərin  maskasız sərnişin daşıması, həm də sərnişinlərin maska taxmadan ictimai nəqliyyatdan istifadəsi qadağandır. Ancaq təəssüf ki, paytaxtda hələ də bu qadağalara məhəl qoymayan onlarla daşıyıcı şirkət var.

İctimai nəqliyyatda karantin qaydalarına nəzarət edən Bakı Nəqliyyat Agentliyindən mövzu ilə bağlı bildirildi ki, paytaxt üzrə agentliyin tabeçiliyində olan daşıyıcı şirkətlərə nəzarət üçün 103 işçi ayrılıb. 

Paylaş

 Xəbəriniz olsun