Bitkoinin qiyməti rekord həddə çatdı

  • Space TV
  • 1 Dekabr 2020 17:24

Bu gün “Binance” kriptovalyuta birjasındakı hərrac zamanı Bakı vaxtı ilə saat 15:10-da bitkoin 1,02 faiz bahalaşaraq 19.915 ABŞ dollarına satılıb.

Spacetv.az xəbər verir ki, bununla da ən geniş yayılmış bu kriptovalyuta tarixi rekord əldə edib.

Əvvəlki rekord 19.891,99 ABŞ dolları səviyyəsində 2017-ci ilin dekabr ayında qeydə alınmışdı.

Sonradan Bakı vaxtı ilə saat 15:28-də bitkoinin məzənnəsi 19.405,7 ABŞ dollarına düşüb.

Qeyd edək ki, bitkoin 2008-ci il noyabr ayında Satoşi Nakamoto təxəllüsü altında olan şəxs və ya şəxslər tərəfindən yaradılaraq bu kriptovalyutanın konsepsiyası dərc edilib.

Paylaş

 Xəbəriniz olsun