“Bitcoin”in qiyməti tarixi maksimuma yüksəldi

  • Space TV
  • 6 Yanvar 2021 10:09

“Bitcoin”in qiyməti 35 min ABŞ dollarından yuxarı qalxaraq, tarixində ən yüksək səviyyəyə çatıb.

Bu barədə “CoinDesk” portalında məlumat verilib.

Kriptovalyutanın dəyəri beş dəfə artaraq 35,7 min dollar olub.

Yanvarın altısına keçən gecə “Bitcoin”in qiyməti 34 min dollar təşkil edib.

Qeyd edilir ki, dekabr ayında dünyada təxminən 19 milyon bitcoin var idisə, 2021-ci ildə onların sayı 21 milyona çatacaq. Bununla birlikdə, tələb təklifi üstələməyə davam edəcək və gələn il də kriptovalyuta bahalaşmağa davam edəcək.

Paylaş

 Xəbəriniz olsun