Bişkek meri yenə istefa verdi

  • SpaceTV
  • 20 Oktyabr 2020 11:07

Qırğızıstanın Bişkek şəhər meri Əziz Surakmatov istefa verib.

Spacetv.az xəbər verir ki, bu barədə 24.kg agentliyi meriyaya istinadən məlumat yayıb.

Oktyabrın 6-da Surakmatovun istefası ilə bağlı xəbər yayılsa da o, iki gün sonra vəzifəsinə qayıtmışdı.

Ölkənin birinci vitse-meri Nəriman Tyuleyev onun vəzifəsini icra edəcək.

Qanuna görə, Bişkek meri şəhər şurasının (Keneş) deputatları tərəfindən seçilir.

Qeyd edək ki, 2013-cü ildə Tyuleyev Bişkek meri olduğu zaman korrupsiya ittihamı ilə əmlakı müsadirə olunmaqla 11 il müddətinə ağır rejimli koloniyada cəza çəkməklə azadlıqdan məhrum olunub.

2016-cı ildə amnistiyaya düşüb və dövlətə 30 milyon som (375 min dollar) məbləğində dəyən ziyanı ödədikdən sonra sərbəst buraxılıb.

O, 2008-2010-cu illərdə Bişkekin meri vəzifəsində çalışıb.

Paylaş

 Xəbəriniz olsun