Birinci yarımildə ödənilən müavinət və Prezidentin aylıq təqaüdlərinin məbləği açıqlandı

  • Space TV
  • 28 İyul 2020 13:35

Bu ilin yanvar-iyun aylarında Əmək və Əhalinin Sosial Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu (DSMF) tərəfindən 455,4 min nəfərə və ya əhalinin 4,7 faizinə sosial müavinət ödənilib. Onlardan 412,1 min nəfəri aylıq, qalanları birdəfəlik müavinət alanlar olub.

Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən verilən məlumata görə, hesabat dövründə fond 287,5 min nəfəri (əhalinin 3 faizi) isə Azərbaycan Respublikası Prezidentinin aylıq təqaüdü ilə təmin edib.

Ümumilikdə ilin birinci yarısında 743 min nəfərə sosial müavinət və təqaüd ödənilib. Bu istiqamət üzrə 2019-cu ilin müvafiq dövrünə nisbətən 151 milyon manat (46,6 faiz) çox olmaqla 475 milyon manat vəsait ödənilib.

Paylaş

 Xəbəriniz olsun