Birinci vitse-prezident Mehriban Əliyeva Tbilisi teleqülləsində dövlət bayrağımızın işıqlandırılması ilə əlaqədar Gürcüstana minnətdarlıq edib

  • Space TV
  • 17 Aprel 2020 13:33

Birinci vitse-prezident Mehriban Əliyeva rəsmi “Facebook” səhifəsində Gürcüstanın paytaxtı Tbilisidə yerləşən teleqüllədə Azərbaycan Respublikasının dövlət bayrağının işıqlandırılması ilə əlaqədar qardaş ölkəyə minnətdarlığını bildirib.

SPACE TV  xəbər verir ki, paylaşımda deyilir: “Tarixən təşəkkül tapmış mehriban dostluq münasibətlərimiz olan Gürcüstana dərin minnətdarlığımı bildirirəm! Çətin sınaq anlarında xalqların bir-birinə dəstək göstərməsi – dostluq və qardaşlığın ən gözəl təzahürüdür. Əminəm ki, xalqlarımızın möhkəm iradəsi və həmrəyliyi sayəsində biz dünyamızın bu gün üzləşdiyi bütün çətinlikləri tezliklə geridə qoyacağıq! Hamıya möhkəm cansağlığı arzulayıram!”

Paylaş

 Xəbəriniz olsun