Birinci sinifə qəbul qaydası dəyişdirilir – VALİDEYNLƏRİN DİQQƏTİNƏ!

  • Space TV
  • 12 Fevral 2020 11:41

Bu ildən başlayaraq dövlət ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarına və I sinifinə qəbul Azərbaycan vətəndaşı olan uşaqlar üçün mütləq olaraq şəxsiyyət vəsiqəsi, xarici ölkə vətəndaşları üçün xarici pasport, vətəndaşlığı olmayanlar üçün miqrasiya vəsiqəsi əsasında həyata keçiriləcək.

SPACE TV  xəbər verir ki,Bu barədə Təhsil Nazirliyi məlumat yayıb.

Belə ki, Prezident İlham Əliyevin müvafiq fərmanına əsasən, dövlət informasiya sistemlərində məlumat mübadiləsi şəxsiyyət vəsiqələrinin fərdi identifikasiya nömrələri (FİN) əsasında həyata keçirilməlidir.

Paylaş

 Xəbəriniz olsun