Biri bibisinin digəri isə əmisinin evindın oğurluq etdi.

  • Space TV
  • 5 Fevral 2020 15:33

Quba rayonunun Qamqam kənd ərazisində yerləşən iki fərdi yaşayış evindən mis qablar və dəmir tor oğurlanıb.Digər bir oğurluq hadisəsi isə rayonun Gültəpə kəndində  baş verib. Kənd sakini Araz Şıxbabayevə məxsus “Samsung” markalı mobil telefonu oğurlanıb.Quba RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində oğruluq hadisəini törədməkdə şübhəli bilinən iki şəxs saxlanılıb.Onlardan biri Qamqam kənd səkini 26 yaşlı Mətləb Neymətullayevdir. Dindirilmə zamanı o törətdiyi əməli etiraf edərək əmisindən kömək istədiyini lakin ona yardım edilmədiyindən bu cinayət əməlini törətdiyini deyib. Oğurluq yolu ilə əldə etdiyi mis qabların bir qismini rayon ərazisində yerləşən metal qəbulu məntəqələrinin birinə satdığını bildirib.

Digər oğurluq hadisənini törətməkdə şübhəli bilinən 24 yaşlı İsmayıl Adilov da saxlanılıb.Dindirilmə zamanı o bibisinin evindən mobil telefonu oğurladığını və rayon ərazisində dəyərindən ucuz qiymətə satdığını etiraf edib.

Tutduğları əməldən peşman olan hər iki şəxs  məsuliyyətə cəlb olunub. Onların başqa cinayət hadisələrində iştirak edib-etməmələri araşdırılır. 

Emin Vaqifoğlu SPACE TV

Paylaş

 Xəbəriniz olsun