Birgə taktiki təlimlər keçirilir

  • SpaceTV
  • 5 Sentyabr 2019 10:58

Ölkəmizdə keçirilən “TurAz Qartalı – 2019” birgə taktiki təlimlərində Azərbaycan və Türkiyənin aviasiya vasitələrinin uçuşları keçirilir. Müdafiə Nazirliyinin Mətbuat xidmətindən Space TV -yə verilən məlumata görə, Pakistan Hərbi Hava Qüvvələrinin nümayəndələri təlimlərdə müşahidəçi qismində iştirak edir.

Bildirilib ki, təlimlərdə iştirak edən hər iki ölkənin hərbi aviasiyası müştərək fəaliyyətlərinin planlaşdırılması, əməliyyatların keçirilməsi üzrə qarşılıqlı fəaliyyət, döyüş uzlaşması imkanlarının öyrənilməsi, axtarış-xilasetmə tədbirlərinin icrası, havadan zərbələr endirməklə yer hədəflərinin məhv edilməsi və digər tapşırıqların yerinə yetirilməsi məqsədi ilə uçuşlar həyata keçirir.

Qeyd edək ki, Pakistan Hərbi Hava Qüvvələrinin nümayəndələri təlimlərdə müşahidəçi qismində iştirak edir.

Paylaş

 Xəbəriniz olsun