Bir yastıqda qocalıb – Bir gündə öldülər

  • SpaceTV
  • 11 Sentyabr 2019 11:24

Space TV -nin Xarici mətbuata istinadən verdiyi xəbərə görə, Türkiyənin Amasya şəhərində 65 il evli olan cütlük eyni gündə vəfat edib.

Ahmet və Həbibə Kartal cütlüyü 65 il davam edən evlilikdən sonra eyni gündə dünyasını dəyişiblər. Məlumata görə, qəflətən halı pisləşən 89 yaşlı Hacı Ahmet Kartal çatdırıldığı xəstəxanada vəfat edib. Həyat yoldaşının ölüm xəbərini alan 80 yaşlı Həbibə Kartalın da halı axşam saatlarına yaxın pisləşib. O da aparıldığı xəstəxanada dünyasını dəyişib.

Cütlüyün 65 il davam evlilikdən dördü oğlan, üçü qız olmaqla yeddi övladları var.

Paylaş

 Xəbəriniz olsun