Bir ton narkotik məhv edilib

  • Space TV
  • 19 Avqust 2020 14:22

Daxili işlər orqanlarının əməkdaşları tərəfindən yabanı halda bitən narkotik tərkibli bitkilərin aşkar edilməsi istiqamətində uğurlu əməliyyat tədbirləri davam etdirilir. Space TV-nin məlumatına görə, Qusar Rayon Polis Şöbəsinin Şahdağ Polis Bölməsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində rayonun Zindan-Muruq kəndi ərazisində yabanı halda bitmiş yaş çəkisi bir ton 360 kq olan 722 ədəd çətənə kolu aşkar olunub. Həmin narkotik tərkibli bitkilər kökündən çıxarılıb, yandırılaraq məhv edilib. Faktla bağlı RPŞ-də araşdırma aparılır.

Emin Vaqifoglu, Space TV

Paylaş

 Xəbəriniz olsun