Bir sutkada koronavirusdan 86 nəfər öldü

  • Space TV
  • 8 Fevral 2020 12:28

Çində koronavirus epidemiyasından ölənlərin sayı 723-ə çatıb.

SPACE TV  xəbər verir ki, bu barədə Çinin Milli Səhiyyə Komissiyası məlumat yayıb.

Bildirilib ki, ölkədə son 24 saat ərzində 86 nəfər dünyasını dəyişib, 3 000-dən artıq insanda yeni yoluxma faktı aşkarlanıb.

Bu günə qədər qeydə alınan ölümlərin 699-u məhz Uhan şəhərində olub.

Müşahidə altına alınan şəxslərin sayı isə 189 mini keçib. Virusun təsirinə məruz qalan 6 101 nəfərin vəziyyəti ağır olaraq qalır. Ümumilikdə isə virusa yoluxanların sayı 34 546-a yüksəlib. Eyni zamanda virusa yoluxduğu ehtimal edilən insanların sayı 27 657 nəfərdir. Bu arada paytaxt Pekində qoruyucu maskalardan istifadə etməyənlər karantin altına alınacaq.

Paylaş

 Xəbəriniz olsun