Bir qrup müsəlman Moskvada Fransa səfirliyinin qarşısında etiraza qalxdı

  • SpaceTV
  • 29 Oktyabr 2020 17:38

Bir qrup müsəlman Rusiyanın Moskva şəhərində, Fransa səfirliyinin qarşısında “Charlie Hebdo” jurnalında Məhəmməd peyğəmbərin karikaturasının nəşrinə görə mitinq keçirib.

Spacetv.az “İnterfaks”a istinadən xəbər verir ki, aksiya hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən dayandırılıb.

Tezliklə etirazçıların əksəriyyəti uzaqlaşdırılıb. Qalanlar növbə ilə peyğəmbərin xatirəsinin qorunmasını ifadə edən pankart ilə səfirliyin önündə etirazlarına davam edirlər.

Bildirilib ki, iştirak edənlərin hamısı karantin qaydalarına uyğun olaraq tibbi maskalar taxıblar.

Nümayişçilərdən saxlanılan olmayıb.

Səfirliyin qarşısında bir neçə polis maşını var. Amma hüquq-mühafizə orqanlarının əməkdaşları tək piketlərə müdaxilə etmirlər.

Paylaş

 Xəbəriniz olsun