BIR NEÇƏ GÜNƏ MƏŞHURLAŞAN ANA VƏ OĞUL

  • SpaceTV
  • 7 Avqust 2020 16:37

Qusar rayonun Hil kənd sakinəri olan Rəmixanovlar ailəsinin hazırladığı ləziz təamlar bir neçə gün ərzində nənin ki, Azərbaycanda dünyanın müxtəlif ölkələrində böyük maraqla izlənir. Space tv-nın məlumatına görə Ana və oğul kənddən birneçə kilometr aralıda kiçik bir otaq tikərək burada hazırladığları müxtəlif yeməkləri videoya çəkərək sosial şəbəkələrdə paylaşırlar.Bu paylaşımlar isə böyük kütlə tərəfindən maraqla qarşılanır.Hətta facebookda 26 milyon izləyicisi olan dünyaca məşhur “Taste Life” adlı mətbəx səhifəsində onların hazırladığı Azərbaycan və ləzgi mətbəxinə aid olan yeməklər paylaşılıb və milyonlarla insan tərəfindən izlənilib və bəyənilib.

Peşəsi aşpaz olan Əmiraslan deyir ki,karantin dövründə çalışdığı restoranda işlər dayandırıldığından o həm bacarığını,həm də Azərbyacan bətbəxini sosial şəbəkələrdə nümayiş etdirmək qərarına gəlib.Bu işi isə elə eyni peşəyə sahib olan anası Əzizə xala ilə gerçəkləşdirib.

Əzizə xala deyir ki, onların hazırladığı yeməklər həm fərqli həm də daha dadlı olur.

Milyonlara insan tərəfindən izlənilən və bəyənilən videoların çəkilişi ilə yanaşı onun hazırlanmasını da Əmiraslan elə özü edir.Onlar həftədə iki belən video hazırlayırlar.

Emin Vaqifoğlu Space tv

Paylaş

 Xəbəriniz olsun