Bir küçəni işıqsız qoyan səhv

  • Space TV
  • 17 Sentyabr 2020 13:54

Paytaxtın Səbail rayonunda səhv yerdə quraşdırılan elektrik ayırıcısı daş karxanaları ilə sakinlər arasında mübahisə yaradır. Space TV xəbər verir ki, karxanalarda təmir işləri görülən zaman sakinlər  işıqsız qalırlar.

Paytaxtın Səbail rayonu, Badamdar qəsəbəsi, III-cü massiv, 36-cı küçənin sakinləri yanlış yerdə quraşdırılan elektrik ayırıcısına görə, aylardır çətinlik çəkir. Yaxınlıqda yerləşən daş karxanalarına gedən elektrik xəttinin ayırıcısı səhv yerdə quraşdırıldığından sakinlərin narahatlığına səbəb olur. Belə ki, karxanalarda  profilaktiki işlər görülən zaman elektrik enerjisi ayırıcıdan söndürülür. Nəticədə 36-cı küçədə yerləşən evlərin də işığı kəsilir.

Sakinlərin  sözlərinə görə, ayırıcı üçün karxanalara aid transformatorun yanında yer düzəldisə də, iş yarımçıq qalıb. Xəttlərdə də nasazlıq olduğundan tez-tez enerji açılmaları baş verir.

Məsələ ilə bağlı Azərişıq Açıq Səhmdar Cəmiyyətinə üz tutduq.

Biz  media qurumu olaraq müraciəti çəkib işıqlandırdıq. Problemin qısa zamanda həlli isə, qalır rəsmilərin insafına. Mövzunu diqqətdə saxlayacayıq.

Paylaş

 Xəbəriniz olsun