Bir gündə 9 nəfər zəhərləndi – Azərbaycanda

  • SpaceTV
  • 26 Noyabr 2019 15:20

Bu gün müxtəlif yerlərdə dəm qazından boğulma və ölümlə nəticələnmə halları müşahidə olub.

SPACE TV-in məlumatına görə, Bakıda dəm qazı 2 nəfərin həyatına son qoyub.

Hadisə Sabunçu rayonu Maştağa qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini, 1981-ci il təvəllüdlü Əliyeva Könül Elşad qızı və onun oğlu, 2007-ci il təvəllüdlü Əliyev Kərim Nail oğlu dəm qazından boğularaq ölüblər.

Bənzər hadisə Sabunçu rayonu Ramana qəsəbəsində də baş verib. Qəsəbə sakini, 2007-ci il təvəllüdlü İsmayılova Fidan Şəmsi qızı yaşadığı evin hamam otağında dəm qazından boğularaq ölüb.

Qeyd edək ki, dəm qazından zəhərlənmə ilə əlaqədar başqa bir hadisə isə Qara Qarayev pr. 76, mənzil 28 ünvanında baş verib.

Məlum olub ki, Xəzər Universitetinin 6 tələbəsi qaldıqları evdə dəm qazından zəhərləniblər.

Paylaş

 Xəbəriniz olsun