Bir gecədə yaşıllıq məhv olundu

  • SpaceTV
  • 11 May 2020 16:43

Karantin müddətini fürsət bilib gecə ilə yaşıllığı məhv etdilər. Görüntülər Nəsimi rayonu Moskva prospekti 74-ünvanındandır.Yaşayış binasının həyətinə gələn şəxslər iri yaşıllıq massivində 9 ədəd müxtəlif diametrli  sağlam inkişafda olan ağacları kəsərək, yerini torpaqla örtüblər.

Naməlum şəxslər ağac qətliamını  gecə saat 4 də həyata keçirtdikləri üçün onların bu əməlindən həmi ünvanda yalnız bina sakinlərindən 2 nəfər xəbər tutub.Bina sakinləri ağacların kəsilməsi ilə bağlı dərhal polisə məlumat veriblər.Elə hadisə şahidinin sözlərinə görə ağacları kəsən şəxslər bu ərazidə aptek tikəcəklərini və yaşıllığın məhv edilməsinə icazələrinin olduğunu da deyiblər.

Moskva prospekti-74 ünvanında  ağacların kəsilməsi ilə bağlı Ekolgiya və Təbii Sərvətlər Nazirliyinə daxil olan şikayət nazirliyin 11 saylı regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən araşdırılıb.Faktla bağlı akt tərtib edilərək ağac qətliamını törədən şəxslərin müəyyən olunması və barələrində qanuna müvafiq tədbirlərin görülməsi üçün hüquq-mühafizə orqanlarına müraciət olunub

Artıq kəsilən ağaclara görə dövlətə dəymiş ziyan da hesablanıb.Həmin şəxslər bu qanunsuz əməllərinə  görə 13 min manat  dəymiş ziyanı ödəməklə cinayət məsuliyyətinədə cəlb olunacaqlar.

Nəsimi rayonu ərazində yaşıllığ zolağının məhv olması ilə bağlı rayon icra hakimiyyətindən heç bir mövqe bildirilmədi.Mövzunu diqqətdə saxlayacayıq.

RƏŞAD VƏKİLOĞLU SPACE TV

Paylaş

 Xəbəriniz olsun