Bir cümlə “Facebook”a külli miqdarda ziyan vurdu

  • Space TV
  • 31 Dekabr 2019 11:55

31 dekabrda ABŞ fond indeksləri son dörd həftə ərzində ən yüksək həddə çatıb.

“İnterfaks” agentliyinin məlumatına görə, bu barədə ABŞ Ticarət Nazirliyi açıqlama yayıb.

Agentlik həmçinin qeyd edir ki, noyabr ayında ticarət kəsiri son 27 ayın ən minimum həddinə enib. Mənfi saldo oktyabrdakı 66,8 milyard dollar ilə müqayisədə 63,2 milyard dollar olub. Mütəxəssislər artımın 68,7 milyard dollara çatacağını gözləyiblər.

31 dekabrda IBM və “Facebook” (-1.8%), həmçinin “Walt Disney” (-1.4%) və “Procter&Gamble” (-1.3%) kimi tanınmış şirkətlərin səhmlərinin qiyməti kəskin şəkildə aşağı düşüb.

Analitiklər “Facebook”un kapitallaşmasının azalmasına səbəb kimi salesforce.com saytının qurucusu və idarəçilərindən biri olan Mark Benioffun CNN-ə verdiyi müsahibəni göstərirlər. O, kompaniyanın ünvanına sərt tənqidlər səsləndirərək “Facebook” sosial şəbəkəsinin cəmiyyətdəki “inam böhranı” üçün məsuliyyət daşıdığını deyib.

Paylaş

 Xəbəriniz olsun