Bir ailənin faciəsi – VIDEO

  • SpaceTV
  • 22 Oktyabr 2020 11:53

Üç yaşlı Xədicə Şahnəzərovlar ailəsindən  sa qalan tək insandır.

17 oktyabr terrorunda balaca Xədicə atası Röyal Şahnəzərovu, anası  Züleyxa  və kiçik bacısı Mədinəni itirib. Space TV xəbər verir ki, acı mənzərəni isə ilk görən Xədicənin nənəsi Sevil Ağayeva olub.

Həmin gecə dağıntılar altından sadəcə Xədicə sağ çıxır. 3 yaşlı körpə möcüzə nəticəsində sağ qalıb. 3 gün Xədicə görmə qabiliyyətini itirib. Sonradan isə möcüzə nəticəsində  azyaşlının gözləri açılıb. İlk sözləri isə anamı istəyirəm olub.

Bu gün Xədicə yaxınlarının yanındadır. Dövlətin xüsusi qayğısı altına alınb. Lakin bütün bunlara baxmayaraq heç vaxt Xədicənin taleyindən erməni terrorunun izi silinməyəcək. Ümumiyyətlə 17 oktyabr tarixində Gəncə şəhərində yaşanan faciə nəticəsində iki ailənin 10 – yaxın üzvü həyata gözlərini yumub.  Bütün bu vəşiliklərin, məhv olan ailələrin səbəbkarı isə məhz erməni terrorudur. Bu günahsız qanları unutmayacayıq, unutdurmayacayıq.

Paylaş

 Xəbəriniz olsun