Bir ailənin dörd üzvü müəmmalı şəkildə öldü

  • SpaceTV
  • 6 Noyabr 2019 13:55

Türkiyənin Fatih bölgəsində bir evdən dörd nəfərin meyiti tapılıb.

Qohumları ilə əlaqə qura biməyən şəxs polisə müraciət edib. Polis əməkdaşları gecə hadisə yerinə gəlib.

Onlar üzərində “Diqqət! Sionid (zəhərli maddə) var, polisə məlumat verin, içəri girməyin!” yazısı olan qapını qıraraq evə daxil olublar.

Evə daxil olan polislər yerdə dörd cəsədin olduğunu görüblər. Onların iki bacı, iki qardaş olduğu müəyyən olub.

Qonşular onların dördünün də bir bir evdə yaşadığını və maddi sıxıntıları olduqlarını deyiblər.

İddiaya görə, ailə üzvləri intihar edib. Cəsədlər araşdırma üçün məhkəmə-tibbi ekspertizasına təhvil verilib

Paylaş

 Xəbəriniz olsun