Bir ailənin 4 üzvü zəhərləndi

  • Space TV
  • 29 Noyabr 2019 18:24

Zəhərlənmə hadisəsi Biləcəri qəsəbəsi  5-ci Şimal küçəsində yerləşən fərdi yaşayış evində baş verib.

Bu barədə məlumat Təcili Tibbi Yardıma saat 22.27 də daxil olub. Ünvana gələn Təcili Tibbi Yardım briqadasının həkimləri evdən 11 və 16 yaşlı qızları, onların 37 yaşlı anasını və 59 yaşlı nənəsini götürüblər. Azyaşlılar 2 saylı uşaq xəstəxanasına, ana ilə nənə isə Kliniki Tibbi Mərkəzə çatdırılıb.

Səhiyyə nazirliyinin rəsmisi Pərviz Abubəkirov bildirdi ki, zəhərlənməyə səbəb həmin şəxslərin özlərinin də dediklərinə görə yedikləri istifadə müddəti bitmiş yağ olub.

Kliniki Tibbi Mərkəzdə olan ana ilə nənə isə ilkin tibbi yardımdan sonra ambulator müalicəyə buraxılıb.

Lakin sözügedən ünvana gəlsək də,  ev sahibləri həmin vaxt evdə olmadığı üçün hadisənin digər təfərüatları barədə məlumat öyrənə bilmədik. Daha ətraflı “Hər həftə” analitik proqramında araşdırmamızı təqdim edəcəyik.

NƏRGİZ ƏRƏSTUNQIZI SPACE TV

Paylaş

 Xəbəriniz olsun