Binanın zirzəmisini su basıb – VİDEO

  • Space TV
  • 22 Avqust 2020 12:14

Paytaxtda daha bir binanın zirzəmisini su basıb.  Space TV-nin məlumatına görə, Xətai rayonu,  Naximov küçəsi,  29 ünvanında  yerləşən bina ətrafında yaranan antisanitariya şəraiti sakinləri narahat edir.  Sakinlər deyir ki,  buradakı antisanitariyadan uşaqlaqrımız da, özümüz də xəstəliyə yoluxuruq.

Sakinlərin sözlərinə görə, onlar nə evdə rahat  otura , nə də qapılarında təmiz hava ala bilirlər.

Şikayətlə bağlı aidiyyətı quruma müraciət etdik. Respublika Gigiyena və Epidemiologiya Mərkəzindən bildirildi ki, 2012-ci ildən   dövlət başçısının imzaladığı fərmana görə, bu məsələnin araşdırılması, problemin aradan qaldırılması yerli icra hakimiyyəti orqanlarına həvalə edilib.

Məsələnin tezliklə  öz  həllini tapması  diləyi ilə…

Paylaş

 Xəbəriniz olsun