Binada yanğın baş verib

  • SpaceTV
  • 22 Noyabr 2019 16:29

Yanğın Şəkinin Məmməd Əmin Rəsulzadə küçəsində yerləşən ümumi sahəsi 1200 kvadrat metr olan 2 mərtəbəli komunal tipli yaşayış binasında baş verib.Hadisə nəticəsində binanın 2-ci mərtəbəsində 57 yaşlı Nigar Məmmədovaya məxsus 84 kvadrat metr sahəsi olan 3 otaqlı evin 1 otağının və mətbəxinin yanar konstruksiyaları 30 kvadrat metr sahədə yanıb.Həmçinin evin 24 kvadrat metr dam örtüyü də yanaraq külə dönüb.  

Hadisə yerinə dərhal Şəki yanğından mühafizə hissəsinin texnikası və şəxsi heyəti cəlb edilib.Yanğının qarşısını digər tikililərə keçmədən almaq mümkün olub.Hadisə şahidlərinin sözlərinə görə,yanğının evdə istifadə olunan qaz balonlarının partlaması nəticəsində yaranması ehtimal edilir.

Faktla bağlı araşdırma aparılır.

İlkin Piranov SPACE TV

Paylaş

 Xəbəriniz olsun