Binəqədidə qadın evdən 12 000 manatlıq əşya oğurladı

  • Space TV
  • 20 Avqust 2020 13:11

Binəqədi rayonu ərazisində oğurluq hadisəsi baş verib.

Daxili İşlər Nazirliyin (DİN) Mətbuat Xidmətindən Spacetv.az-a verilən məlumata görə, Binəqədi Rayon Polis İdarəsinin 7-ci Polis Bölməsinin əməkdaşları əməliyyat keçiriblər.

Əməliyyat tədbirləri nəticəsində avqustun 18-də rayon ərazisindəki evlərin birindən 12 000 manat dəyərində elektrik məişət əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini İ.Məmmədova saxlanılıb.

Paylaş

 Xəbəriniz olsun