Binəqədi və Nizami rayonlarında yeni məktəb binaları tikilir

  • Space TV
  • 12 Mart 2020 15:08

Paytaxtda2020-21- ci tədris  ilinə  qədər bir neçə məktəb əsaslı təmir olunacaq, bir neçə təhsil ocağı üçün yeni bina,bəzi təhsil ocaqları üçün isə əlavə tədris korpusu tikiləcək.Binəqədi rayonu  Rövşən Əmirov adına 205   saylı  məktəbdə uzun  müddətdir ki, şagird sıxlığı yaşandığı üçün köhnə bina  sökülərək  yerində  4 mərtəbəli 2 korpusdan  ibarət 960 yerlik yeni məktəb binası   tikilir.

Yeni inşa olunan korpuslar 40 sinif otağından ibarət olmaqla burda müxtəlif fənn kabinetləri, kitabxana, komputer otaqları, yeməkxana,  idman və akt zalının da tikintisi nəzərdə tutulub.Həmçinin məktəb müasir istilik və işıqlandırma sistemi ilə təhciz olunacaq.Hazırda  tikinti işləri sürətlə davam etdirilir və hörgü işlərinin yarıdan çoxu bitmək üzrədir.

Bundan başqa məktəb üçün 2 ədəd su anbarı və fərdi qazanxada tikiləcək

Təmirə saxlanılan daha bir təhsil ocağı isə Nizami rayonu Bəhruz Niriyev küçəsində fəaliyyət göstərən 251 nömrəli orta məktəbdir.1974 cü ildə istifadəyə verilmiş və bir neçə dəfə əsaslı təmir olunmuş bu məktəb 940 yerlik olsada burda 1668 şagird təhsil alırdı.Uzun illərdir ki, sıxlıq yaşanması səbəbindən  məktəbə əlavə korpusun tikilməsi zərurərti yaranıb

Qarşıdakı tədris ilinə kimi məktəb kollektivinin istifadəsinə veriləcək bu təhsil ocağı  35 sinif otağından ibarət olmaqla,məktəb binası  840 şagird üçün nəzərdə tutulub.Yeni lahiyə əsasında tikilən məktəb fənn kabinetlərindən, labaratoriya, həkim və komputer otaqlarından  ibarət olacaq. Məktəbin həyətində geniş ərazini əhatə edən idman meydançası və ərazinin relyefi nəzərə alınmaqla yaşıllıq sahəsi də salınacaq.

Hazırda əlavə korpusunun  tikinti aparılan təhsil ocağında tədris əsas binada  davam etdirilir.

Hər iki məktəbdə təmir və tikinti işləri 2020-ci ilin sentyabr ayının 15–nə kimi başa çatdırılacaq.

RƏŞAD VƏKİLOĞLU SPACE TV

Paylaş

 Xəbəriniz olsun