Binəqədi, Nəsimi və Yasamalda üç nəfər döyüldü

  • SpaceTV
  • 9 Oktyabr 2019 11:42

Bakıda bir gecədə üç döyülmə faktı qeydə alınıb. 

SPACE TV xəbər verir ki, ilk hal Binəqədi rayonunda baş verib.  

Belə ki, 53 yaşlı Şıxməmmədov Rafiq Rəhman oğlu “Zəngəzur” şadlıq sarayının arxasında döyülərək ağır xəsarət alıb.  

Yaralı dərhal xəstəxanaya yerləşdirilib. Ona qapalı kəllə-beyin travması, başın və üzün əzilmiş yarası diaqnozu qoyulub. 

Nəsimi rayonunda isə ailə münaqişəsi zəmnində döyülmə hadisəsi olub.  

Hadisə Abbas Səhhət küçəsində qeydə alınıb. Belə ki, kişi həyat yoldaşı, 44 yaşlı Abbasova Nəzirə Ağagül qızını döyərək ağır xəsarət yetirib.  

Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Ona qapalı kəllə-beyin travması, baş beyin silkələnməsi, üzün və alının əzilmiş yarası diaqnozu qoyulub.  

Hadisə ilə əlaqədar Nəsimi Rayon Polis İdarəsində araşdırma aparılır. 

Növbəti döyülmə faktı Yasamal rayonunda baş verib.  

Belə ki, 1992-ci il təvəllüdlü Qasımov Əmrah Pənah oğlu “İdeal” restoranının yaxınlığında döyülərək ağır xəsarət alıb.  

Yaralı dərhal xəstəxanaya yerləşdirilib. Ona qapalı kəllə-beyin travması, baş beyin silkələnməsi diaqnozu qoyulub.  

Hər üç faktla bağlı araşdırma aparılır. 

Paylaş

 Xəbəriniz olsun