Binədəki toyda yaralananların sayı artıb

  • SpaceTV
  • 2 Noyabr 2019 11:48

Binə qəsəbəsindəki toyda xəsarət alanların sayı artıb.  

SPACE TV xəbər verir ki, “Bənövşə” restoranında mübahisə zəmnində 1986-cı il təvəllüdlü Rzayev Nail Rahib oğlu döyülərək xəsarət alıb.  

Yaralı xəstəxanaya yerləşdirilib.  

Ona döş qəfəsinin və başın təpə nahiyəsinin əzilmiş yarası diaqnozu qoyulub. 

23:44

Binə qəsəbəsində keçirilən toy mərasimində baş verən dava zamanı daha bir nəfər xəsarət alıb.  

SPACE TV xəbər verir ki, 1976-cı il təvəllüdlü Əliyev Dilavər Ənvər oğlu xəsarət alaraq xəstəxanaya müraciət edib.  

Ona sağ qolun və biləyin əzilmiş, qarının sol yarısının kəsilmiş yarası diaqnozu qoyulub. 

22:47

Xəzər rayonunda bıçaqlanma hadisəsi baş verib.  

SPACE TV  xəbər verir ki, hadisə Binə qəsəbəsində qeydə alınıb.  

“Bənövşə” şadlıq sarayında keçirilən toy məclisində yaranan mübahisə zamanı iki nəfər – 1989-cu il təvəllüdlü Əliyev Samir Heydər oğlu və 1976-cı il təvəllüdlü Əliyev Elçin Qadir oğlu bıçaqlanıb.  

Hər iki yaralı xəstəxanaya çatdırılıb. S.Əliyev və E.Əliyevə qarının ön divarının kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub.  

Faktla bağlı Xəzər Rayon Polis İdarəsində araşdırma aparılır.  

Paylaş

 Xəbəriniz olsun