Binə ticarət mərkəzi yandı

  • SpaceTV
  • 8 Oktyabr 2019 11:19

Qaradağda  Binə  Ticarət Mərkəzində yanğın baş verib. Yanğın başlayandan sonra xeyli əraziyə keçib. Şiddətlənən yanğın paltar bölümünü külə döndərib. İlkin məlumata görə, yanğın mağazaların birində elektrik naqillərindəki qısaqapanmadan başlayıb. Əraziyə dərhal FHN-in yanğından xilasetmə xidmətinin briqadaları cəlb edilib. Yanğının söndürülməsinə ümumilikdə Dövlət Yanğından Mühafizə Xidmətindən 130 nəfər şəxsi heyət, 30 ədəd texnika, xüsusi riskli xilasetmə xidmətindən 37 nəfər şəxsi heyət, 5 ədəd texnika, mülki müdafiə qoşunlarından 51 nəfər şəxsi heyət, 3 ədəd texnika cəlb olunub.
Daxil olmuş məlumat əsasında əraziyə təcili tibbi yardım briqadaları da cəlb olunub. Hadisə yerinə gələn təcili tibbi yardıma tüstüdən boğulma ehtimalı ilə 4 nəfər müraciət edib. Onlardan üçünə yerində yardım göstərilib, bir nəfər isə 1 saylı xəstəxananın toksikologiya şöbəsinə çatdırılıb. Hazırda yanğının baş vermə səbəbləri araşdırılır.

ORXAN ŞÜKÜR SPACE TV

Paylaş

 Xəbəriniz olsun